AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
“Türk dövlətləri birliyi kontekstində yaddaş və mədəni irsin qorunması” mövzusunda simpozium keçirilib
Nov 27, 2023 | 14:28 Konfranslar, iclaslar

Hollandiyanın Haarlem şəhərində AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutu və Türküstan Araşdırmalar Mərkəzinin birgə təşkilatçılığı ilə “Türk dövlətləri birliyi kontekstində yaddaş və mədəni irsin qorunması” mövzusunda simpozium keçirilib.

Simpoziumda açılış nitqi ilə Hollandiya Elmlər Akademiyasının keçmiş direktoru Andre Testa çıxış edib. Açılış çıxışlarından sonra simpozium iki paneldə keçirilib.

Birinci paneldə Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə və Sosiologiya İnstitutunun baş direktoru, professor İlham Məmmədzadə, “Gələcəyin Cənubi Qafqaz prizmasından yaddaş və mədəni irs”, SOTA-nın direktoru Dr. Mehmet Tütüncü, “SOTA-nın 32 ilində Mədəni İrs Araşdırmaları”, Fəlsəfə və Sosiologiya İnstitutunun Beynəlxalq əlaqələr şöbəsinin müdiri, dosent Zöhrə Əliyeva “Mədəni irs və dinlər arasında dialoq” mövzusunda təqdimatlarla çıxış edib.

İkinci paneldə SOTA baş direktor müavini Ömer Erdem, “Rəqəmsal Araşdırmalar və Mədəni İrs: “Türk Dünyası Tarixi Atlası və Türk Xanlığı şəcərələri””, Fəlsəfə və Sosiologiya İnstitutunun elmi işçisi f.ü.f.d. Samirə Dadaşova “Yaddaş fəlsəfəsinin inkişafı və süni intellekt”, filosof-tarixçi, dosent Zəfər Aydoğdu “Yaddaş Fəlsəfə və Süni İntellektin İnkişafı (Al)”, SOTA Elmi Şurasının üzvü Cem Adıyaman “Süni intellekt və mədəni irsin qorunması” mövzusunda çıxış ediblər.

Simpoziumun yekun nitqi ilə Amsterdam Yunus Əmrə İnstitutunun direktoru Adil Akaltun çıxış edib. Akaltun simpoziumun türk dövlətləri arasında mədəni əməkdaşlığın yaxşılaşdırılmasına mühüm töhfə verəcəyini bildirib.

Simpoziumun sonunda SOTA ilə AMEA arasında elmi əməkdaşlıq müqaviləsi imzalanıb. Müqavilə iki qurumun birgə tədqiqat layihələri həyata keçirməsi, birgə simpozium və konqreslərin təşkili, məlumat mübadiləsi kimi məsələləri əhatə edir.

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023