AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
“Rəvandan İrəvana və Qərbi Azərbaycana” mövzusunda beynəlxalq konfrans öz işinə başlayıb
Nov 29, 2023 | 17:10 Konfranslar, iclaslar

Noyabrın 29-da AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutu və Türkiyənin Türk Tarix Qurumunun birgə təşkilatçılığı ilə “Rəvandan İrəvana və Qərbi Azərbaycana” mövzusunda beynəlxalq konfrans öz işinə başlayıb.

Tədbiri Tarix İnstitutunun icraçı direktoru, tarix elmləri doktoru İlqar Niftəliyev açaraq konfransın əhəmiyyətindən danışıb. Bildirib ki, bu tədbir Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda hakimiyyətdə olduğu dövrlərdə tarixi torpaqlarımızla bağlı apardığı uğurlu siyasətin, Qərbi Azərbaycanla bağlı çağırışlarının bu gün müasir proseslərdə təzahürüdür.

Türkiyəli professor, Dr. Mehmet Akif Okur konfransın önəmini vurğulayaraq qeyd edib ki, Türkiyə-Azərbaycan qardaşlığı bütün platformalarda özünü göstərdiyi kimi, bundan sonra da yüksələrək uğurla davam edəcək və bunun üçün bizə tariximizin ortaq, birləşdirici hisslərini mənimsəmək gərəkdir.

Daha sonra I ci panel üzrə məruzələr dinlənilib. Professor, Dr. Ali Sinan Bilgili “Rəvan Osmanlı sənədlərində”, tarix üzrə fəlsəfə doktoru, dosent Zeynəb Qafarova “İrəvan şəhərinin bünövrəsinin qoyulması tarixindən”, professor, Dr. Cihat Aydoğmuşoğlu “Rəvan XVII əsrdə”, dosent, Dr. Zülkif Dağlı “Qanuninin Rəvan səfəri zamanı bölgənin sosial-mədəni quruluşu”, tarix üzrə fəlsəfə doktoru, dosent Elçin Qarayev “İrəvan şəhərinin maddi mədəniyyət abidələri (1748-1827)”, professor, Dr. İbrahim Tellioğlu “Ermənilərin xəyali “Böyük Ermənistan”ı” və dosent, Dr. Ahmet Toksoy “Rus işğalının Rəvanda nəticələri” adlı məruzələrlə çıxış ediblər.

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023