AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Azərbaycanlı filosof alimin məqaləsi ABŞ-da dərc olunub
Dec 04, 2023 | 10:15 Yeni nəşrlər

AMEA-nın Fəl­sə­fə və So­sio­lo­gi­ya İns­ti­tu­tu­nun Mul­ti­­kul­tu­­ra­lizm və to­le­rant­lıq fəl­sə­fə­si şo­bə­si­nin mü­di­ri, fəl­sə­fə elm­lə­ri dok­to­ru Xa­ti­rə Qu­li­ye­vanın “The Era of Heydar Aliyev, the Great Leader of the Azerbaijani People” (“Azərbaycan xalqının Ulu Öndəri Heydər Əliyevin dövrü”) məqaləsi Amerika Birləşmiş Ştatlarının “Philosophy Study” jurnalında (Philosophy Study, August 2023, Vol. 13, No. 8, 359-368 doi: 10.17265/2159-5313/2023.08.005) çap olunub.

Məqalədə Azərbaycan xalqının Ulu Öndəri, tarixi şəxsiyyət Heydər Əliyevin 80 illik keşməkeşli və şərəfli ömrü, əbədiyyətə qovuşduğu 20 illik tarixi mərhələdə idarəçilik siyasi modelinin tətbiqi və müstəqil Azərbayan Respublikasının banisi, milli lider fəaliyyətinin məzmun və mahiyyətini ehtiva edən dünyagörüşü təhlil edilir, yeni yanaşmalarla məntiqi-obyektivliklə dəyərləndirilir.

Sözügedən məqalə Xatirə Quliyevanın çapa hazırlanan “Heydərizm. Heydər Əlirza oğlu Əliyevin siyasət yolu” fundamental monoqrafiyasının bir yarım fəslindən qaynaqlanır.

Fəlsəfə elmləri doktoru Xatirə Quliyeva 2000-ci illərdən Ulu Öndər Heydər Əliyevin siyasi irsinin tədqiqatçısıdır. Alimin bu istiqamətdə “Heydər Əliyev və mənəvi-estetik dəyərlər (Azərnəşr. 2002)”, “Heydər Əliyev siyasəti: milli dövlət, milli lider, vətəndaşlıq, mənəviyyat” (Elm. 2019) monoqrafiyaları, “Ulu Öndər Heydər Əliyevin siyasətinin müdriklik gücü” (Kitabçapı. 2021), “Şuşa Bəyannaməsi” – Birlik və Həmrəylik Fəlsəfəsi” (Elm. 2021) məqalələr topluları və ölkədə və xaricdə bir sıra məqalələri çap olunub.

“The Era of Heydar Aliyev, the Great Leader of the Azerbaijani People” məqaləsi fəlsəfə elmləri doktoru Xatirə Quliyevanın Amerika Birləşmiş Ştatlarında çap olunan 3-cü məqaləsidir. Alimin “Worldview Consept. History and Modernty (İn The Context of Lotfi A.Zadehs Worldview) – (“Dünyagörüşü konsepsiyası. Tarix və müasirlik (Lütfi A.Zadənin dünyagörüşü kontekstində))” məqaləsi də ABŞ-ın nüfuzlu elmi jurnalında çapa qəbul edilib.

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023