AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri “Coursera” sertifikatları ilə təltif olunub
Dec 08, 2023 | 15:48 Mühüm hadisələr

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun Elektron xidmətlər şöbəsinin müdiri Alidə Zeynalova AMEA-nın Rəyasət Heyəti aparatının “Elektron Akademiya” şöbəsinin təşəbbüsü ilə “4Sİ Akademiyası” layihəsi çərçivəsində keçirilən təlimlərdə iştirak edib.

Sözügedən layihə AR İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin, Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsilin İnkişafı Fondunun (TİF) və ABŞ-ın “Coursera” şirkəti ilə birgə əməkdaşlığı ilə yaradılıb.

A.Zeynalova “HTML, CSS, and javascript for Web Developers” və “AI for Everyone” (yüksək bal sistemi ilə) sertifikatları ilə təltif olunub.

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023