AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Şərqşünas alim Mərakeşdə İSESCO-nun forumunda məruzə edib
Dec 10, 2023 | 17:38 Mühüm hadisələr

AMEA-nın akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Ərəb ölkələri tarixi və iqtisadiyyatı şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Fərda Əsədov Mərakeşin Rabat şəhərində İslam Ölkələrinin Elm, Təhsil və Mədəniyyət Təşkilatının (İCESCO) Çinin Şanxay Universiteti ilə birgə keçirdiyi Beynəlxalq İpək yolu Forumunda iştirak edib.

İCESCO-un qərargahında keçirilən forumda İCESCO-ya üzv ölkələri təmsil edən tanınmış tarixçilər məruzələr edib və Çin Xalq Respublikasını İslam dünyası ilə birləşdirən tarixi əlaqələri və indiki əməkdaşlıq layihələrini müzakirə ediblər.

Konfransın rəsmi proqramından sonrakı gündə Mərakeşdə Çin mədəniyyət mərkəzində İslam dünyasının məşhur səyyahı İbn Battutanın mirası və onun dəyərlərinə həsr edilmiş seminar keçirilib. Forumda və sonrakı proqram tədbirlərdə Fərda Əsədov "Ərəblərlə Xəzər türklərinin İpək yolu üzərində ticarət əməkdaşlığı" mövzusunda məruzə ilə çıxış edib və erkən orta əsrlərdə Çinlə müsəlman dünyasının ticarət əlaqələrinin tarixi əhəmiyyəti barədə danışıb.

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023