AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Qafqazşünaslıq İnstitutunda Ulu Öndərin anım gününə həsr olunmuş dəyirmi masa keçirilib
Dec 12, 2023 | 11:04 Konfranslar, iclaslar

AMEA-nın Qafqazşünaslıq İnstitutunda Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş dəyirmi masa keçirilib.

Toplantını giriş sözü ilə açan institutun direktoru AMEA-nın müxbir üzvü Musa Qasımlı Ulu Öndərin müasir Azərbaycan dövlətinin qurucusu olmasından, Azərbaycanı Cənubi Qafqaz regionunda güclü və lider dövlətə çevirilməsi istiqamətində fəaliyyətindən bəhs edib.

Tədbirdə institutun elmi işlər üzrə direktor müavini s.e.d., dosent Ramilə Dadaşova, şöbə müdirləri t.e.d., professor Qasım Hacıyev, f.ü.f.d., dosent Vahid Ömərov, t.ü.f.d., dosent Elnur Kəlbizadə, t.ü.f.d. Günel Musayeva, s.e.ü.f.d. Samirə Həbibbəyli Ümummilli Liderin milli birliyin möhkəmləndirilməsi, azərbaycançılıq ideologiyasının aparıcı amilə çevrilməsi istiqamətində gördüyü işlərdən və Qafqaz siyasətindən bəhs ediblər.

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023