AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
“Şərq araşdırmaları” elmi-nəzəri jurnalının növbəti nömrəsi çapdan çıxı
Dec 15, 2023 | 15:51 Yeni nəşrlər

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun “Şərq araşdırmaları” elmi-nəzəri jurnalının 7-ci nömrəsi işıq üzü görüb. Jurnalda ədəbiyyat, dilçilik, tarix, etnoqrafiya və siyasi elmlər sahələrinə aid elmi məqalələr dərc olunub.

İlk olaraq, akademik Gövhər Baxşəliyevanın “Heydər Əliyev və Azərbaycanda elmi tərəqqi” məqaləsi təqdim olunub.

“Ədəbiyyat” bölməsində “Heydər Əliyev və türk ədəbiyyatı problemləri”, “XIX əsr Osmanlı ədəbiyyatında sənədli nəsrin formalaşması”, “N.Gəncəvinin “Xosrov və Şirin” poemasında və türk epos nümunələrindəki qadın obrazlarının tipaloji təhlili”, “Şəhabəddin Söhrəvərdinin “Luğət-e muran” əsərinin təhlili”, “Nazim Hikmət və Azərbaycan ədəbi mühiti”, “Azərbaycan türkologiyasında qadın mövzusu” və s. məqalələr yer alır.

“Dilçilik” bölməsində Azərbaycan və ibri dillərində tabeli və tabesiz mürəkkəb cümlələrin tədqiqi tarixindən, Qətran Təbrizinin “Divan”ında musiqi sənəti ilə bağlı sözlərdən bəhs edən məqalələr təqdim edilir.

“Tarix, etnoqrafiya və siyasi elmlər” bölməsindəki məqalələrdə XVII-XVIII əsr Səfəvi tarixinə dair Osmanlı narrativ mənbələrindən, regiondakı etno-mədəni proseslərin əksi kimi antik dövrdə Cənubi Qafqazda ticarət əlaqələrindən, Təbrizdə 29 Bəhmən üsyanınından, XX əsrin 50-70-ci illərində ABŞ-ÇXR münasibətlərinin formalaşmasından bəhs edilir. Bu bölmədə, həmçinin “Sinqapur-Azərbaycan münasibətlərinin inkişaf dinamikası və perspektivləri”, “Azərbaycan Xalq Cümhuriyyəti dövründə Lənkəran qəzasında siyasi vəziyyət və parlament sənədlərində Lənkəran məsələsi”, “Beynəlxalq münasibətlərdə müxtəlif məktəblərin mədəniyyətlə bağlı irəli sürdüyü nəzəriyyələr” və s. məqalələr yer alır.

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023