AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
İraq türkmənlərinin etnoqrafiyası” adlı beynəlxalq elmi konfrans keçirilib
Dec 27, 2023 | 14:02 Konfranslar, iclaslar

AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun Türk xalqlarının etnoqrafiyası şöbəsinin təşkilatçılığı ilə “İraq türkmənlərinin etnoqrafiyası” adlı beynəlxalq elmi konfrans keçirilib.

Konfransda İraqdan və Türkiyədən İraq türkman alimləri onlayn şəkildə iştirak edib.

Güllü Yoloğlunun moderatorluğu ilə keçən konfransda giriş sözü ilə akademik Teymur Kərimli və Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini İlqar Niftəliyev çıxış edərək konfransın əhəmiyyətindən danışıblar.

Daha sonra f.e.d., prof. Qəzənfər Paşayev İraq türkmənləri ilə ilk tanışlıq, Türk xalqlarının etnoqrafiyası şöbəsinin müdiri Güllü Yoloğlu “İraq türkmənlərinin Azərbaycanla bağlılığı Heydər Əliyev və İhsan Doğramaçı nümunəsində”, t.e.d. İraq Mədəniyyət Nazirliyi nəzdində Türkmən Mədəniyyət Mərkəzinin sədri, “Türkmən Kültürü” dərgisinin baş redaktoru Dr. Sabah Abdullah Kərküklü (Bağdad, İraq) “Kərkük mətbuatı haqqında”, Ankara Universitetində bölüm başqanı Prof. Mahir Nakip (Ankara, Türkiyə) “İraq türkmanlarının musiqi alətləri və ifa tərzləri - təmbur”, Kərkük Universitetinin professoru Şahin Çələbi (Kərkük, İraq) “İraqda yaşayan türkmənlərin problemlərindən”,Türkmən Çalışmaları Uzmanı Dr. Selcuk Bacalan “Türkmən və Azərbaycan türklərinin ortaq etnoqrafik dəyərləri (müqayisəli tədqiqat)”, Ədəbiyyat İnstitutunun elmi işçisi Orxan İsayev “Haşim Nahid Ərbilin “İraqtürkləri” silsilə yazılarında dil və ədəbiyyat məsələləri”, fil.ü.f.d., dos. Səkinə Qaybalıyeva “Kərkükdə sənətkarlıq”, t.ü.f.d., dos. Mehparə Əliyeva, böyük laborant  Nərminə Hüseynova “İraq türkman mərasimləri (müqayisəli-etnoqrafik məlumat)” adlı məruzələrlə çıxış ediblər.

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023