AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
“Əlamətdar və tarixi günlər təqvimi – 2024”də akademik Yaqub Mahmudov haqqında məqalə dərc olunub
Jan 11, 2024 | 00:28 Mühüm hadisələr

Azərbaycan Milli Kitabxanasının nəşri olan “Əlamətdar və tarixi günlər təqvimi – 2024”də AMEA-nın müşaviri, akademik Yaqub Mahmudov haqqında məqalə dərc olunub.

Təqvimin “Tarix” bölməsində yer alan məqalə Yaqub Mahmudovun 85 illik yubileyinə həsr olunub. Məqalədə görkəmli tarixçi alimin həyatı, elmi‐pedaqoji və ictimai‐siyasi fəaliyyəti barədə yığcam məlumat verilir.

Qeyd edək ki, fevralın 10-da akademik Yaqub Mahmudovun 85 yaşı tamam olur.

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023