AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Qafqazşünaslıq İnstitutunda 20 Yanvar - Ümumxalq Hüzn Gününə həsr edilmiş dəyirmi masa keçirilib
Jan 19, 2024 | 13:19 Konfranslar, iclaslar

AMEA-nın Qafqazşünaslıq İnstitutunda 20 Yanvar - Ümumxalq Hüzn Gününə həsr edilmiş dəyirmi masa keçirilib.

Əvvəlcə şəhidlərmizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Dəyirmi masanı giriş sözü ilə institutun direktoru AMEA-nın müxbir üzvü Musa Qasımlı açıb. O, 1990-cı il yanvarın 20-si gününün Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri, eyni zamanda, xalqımızın qəhrəmanlıq səhifəsi, milli müstəqillik, azadlıq uğrunda mübarizəsinin və yenilməz iradəsinin rəmzi kimi düşdüyünü deyib. Bildirib ki, 20 yanvar şəhidlərinin ruhu şaddır. Bu gün dövlət suverenliyi bütün ölkə ərazisində təmin olunub.

Sonra institutun elmi işlər üzrə direktor müavini siyasi elmlər doktoru, dosent Ramilə Dadaşova, institutun elmi katibi dosent Südabə Hüseynova, Şimali Qafqaz şöbəsinin müdiri dosent Vahid Ömərov, Qafqaz tarixi və siyasəti (XX-XXI əsrlər) şöbəsinin müdiri tarix üzrə fəlsəfə doktoru Günel Musayeva və Gürcüstanşünaslıq şöbəsinin müdiri siyasi elmlər üzrə fəlsəfə doktoru Samirə Həbibbəyli çıxış edərək bildiriblər ki, 20 Yanvar faciəsi insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri, həmçinin Azərbaycan xalqının şanlı tarixinin, azadlığımızın, müstəqilliyimizin, milli iradəmizin rəmzidir.

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023