AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Məktəblilər Tarix və Etnologiya İnstitutunun qonağı olub
Jan 19, 2024 | 16:23 Görüşlər

Bakı şəhəri Sovet İttifaqı Qəhrəmanı Həbibulla Eynulla oğlu Hüseynov adına 83 nömrəli fizika-riyaziyyat-informatika və kimya-biologiya təmaüllü liseyin 8-9-cu sinif şagirdləri və həmin liseyin tarix və kimya müəllimləri AMEA-nın A.A. Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun qonağı olublar.

Görüşdə məqsəd məktəblilərdə tarix elminə marağı artırmaq, onların bilik və bacarıq səviyyəsinin yüksəldilməsi olub.

Qonaqları salamlayan Tarix və Enologiya İnstitutunun elmi işlər üzrə direktor müavini tarix elimləri doktoru İlqar Niftəliyev institutun yaranma tarixi, görülən işlər, əldə olunan ən son nailiyyətlər barədə şagirdlərə məlumat verib.

Daha sonra şagirdlər institutun şöbələrində olub, onları maraqlandıran mövzularda söhbətlər aparılıb.

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023