AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Şərqşünaslıq İnstitutunda “Bir daha vahid/bütöv Azərbaycan ərazisi haqqında” kitabı nəşr edilib
Feb 05, 2024 | 10:41 Yeni nəşrlər

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda İran tarixi və iqtisadiyyatı şöbəsinin müdiri tarix üzrə fəlsəfə doktoru, dosent Vidadi Mustafayevin “Bir daha vahid/bütöv Azərbaycan ərazisi haqqında” kitabı çapdan çıxıb.

Kitabda İranda Cənubi azərbaycanlılara qarşı aparılan irqi ayrı-seçkilikdən, Cənubi azərbaycanlıların Şimali azərbaycanlılarla birlikdə türk xalqlarından biri olmasını, Azərbaycan toponiminin Şimali Azərbaycana şamil edilməsini inkar etmək siyasətindən bəhs edilir.

Müəllif panfarsistlərin Azərbaycan xalqına qarşı mübarizənin tərkib hissəsi kimi “Azərbaycan” toponiminə qarşı 3 istiqamətdə Şimali Azərbaycanın Azərbaycan adlanmasına qarşı “elmi”- ideoloji mübarizə, Azərbaycanın (Cənubi) vahid inzibati-ərazi vahidi kimi qalmasına qarşı hüquqi-inzibati mübarizə, Azərbaycan sözünün (Cənubi Azərbaycan) bir toponim kimi işlənməsinə qarşı informativ mübarizə  apardıqlarını qeyd edir.

Bu istiqamətlərin hər biri haqqında kitabda ayrıca bölmələrdə bəhs edilir.

Bütün bunlarla yanaşı, müəllif İranda Azərbaycan toponiminə azsaylı müəlliflər tərəfindən olsa da, obyektiv elmi yanaşmanın olduğunu bildirir və bu mövqedən yazılmış bir neçə məqalə haqqında bəhs edir.

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023