AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
“Prezident İlham Əliyevin gənclərə etimadı və inamı” mövzusunda seminar keçirilib
Feb 06, 2024 | 10:14 Konfranslar, iclaslar

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunda “Prezident İlham Əliyevin gənclərə etimadı və inamı” mövzusunda seminar keçirilib.

Seminarda şöbə müdiri, gənc alim siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Günel Məlikli Azərbaycanda həyata keçirilən gənclər siyasətinin inamın, güvəncin siyasəti olduğunu qeyd edib: “2 fevral gənclərin gücünün, qüdrətinin, qələbələrinin davamçısı olacaq çağırışçıların, bütün cəmiyyətin ovqatını bayraqlaşdıran gündür. Ali Baş Komandan İlham Əliyevin 20 illik hakimiyyət yolu böyük çətinliklərin aradan qaldırılması ilə yadda qalıb. Çörçil deyirdi ki, uğur son deyil, əsas olan davam etmək cəsarətidir. Ali Baş Komandan İlham Əliyev strategiyasının bir uğuru da onun davamlılığında və cəsarətindədir”.

Daha sonra şöbənin kiçik elmi işçisi Xalidə Xəlilova mövzu ilə bağlı çıxış edib və müzakirələr aparılıb.

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023