AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Qafqazşünaslıq İnstitutunda dəyirmi masa keçirilib
Feb 15, 2024 | 09:08 Konfranslar, iclaslar

“Humanitar və ictimai elmlər sahəsində ədəbi-tarixi şəxsiyyətlərin həyat və fəaliyyətlərinin tədqiq edilməsi vəziyyəti və müstəqillik dövrü Azərbaycan elminin vəzifələri haqqında” AMEA Rəyasət Heyətinin 23 fevral 2023-cü il tarixli  qərarına əsasən AMEA-nın Qafqazşünaslıq İnstitutunda dəyirmi masa keçirilib.

Dəyirmi masanı institutun elmi işlər üzrə direktor müavini siyasi elmlər doktoru, dosent Ramilə Dadaşova açıb.

Sonra Qafqaz tarixi (qədim dövrlərdən XX əsrədək) şöbəsinin müdiri tarix elmləri doktoru, professor Qasım Hacıyev “Qafqazda dövlətlərarası münasibətlərdə şəxsiyyət amili: tarix və müasirlik” mövzusunda  məruzə  edib.  

Məruzə dinlənildikdən sonra suallar verilib və müzakirələr aparılıb.  

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023