AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Şərqşünaslıq İnstitutunda akademik Ziya Bünyadovun xatirəsinə həsr olunan beynəlxalq elmi konfrans keçiriləcək
Aug 03, 2023 | 03:54 Elanlar

20-21 dekabr 2023-cü il tarixlərində AMEA-nın akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun təşkilatçılığı ilə akademik Ziya Bünyadovun xatirəsinə həsr edilmiş “Qədim və müasir Şərq: mənbələr, araşdırmalar və gələcək inkişaf perspektivləri” (“Ziya Bünyadov qiraətləri”) mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək. 

Şərqşünaslıq İnstitutu konfransda iştirak üçün tezislərin qəbulunu elan edir.

Konfransda aşağıdakı tematik bölmələr üzrə Şərq xalqlarının tarixi və mədəniyyəti ilə bağlı problemlərin müzakirəsi nəzərdə tutulur:

- Akademik Z.M.Bünyadovun mənbəşünaslıq elminə verdiyi töhfələr və Orta əsrlər Şərqinin tarixi məsələlərinin öyrənilməsi;

- Qədim və Orta əsrlər Şərq tarixinin tarixşünaslığı və mənbəşünaslığı;

- Müasir Şərq ölkələrinin ictimai və siyasi prosesləri;

- Şərq xalqlarının dini, fəlsəfi və ictimai fikir məsələləri;

- Şərq xalqlarının ədəbiyyatı və dilinin tədqiqi problemləri.

Tezislər Azərbaycan, ingilis və ya rus dilində “A4” formatda, “12” ölçülü hərflərlə, “Times New Roman” şriftində bunyadovconference2023@mail.ru elektron ünvanına qəbul edilir. Tezislərin qəbulunun son tarixi 20 oktyabr 2023-cü ildir. Qəbul olunan tezislərin elanı 10 noyabr 2023-cü ildə olacaq. Konfransa iştirak etməyən müəlliflərin tezisləri çap olunmayacaq.

Tezislərin qəbulu ilə bağlı daha ətraflı məlumatı orientalstudies.az saytından almaq olar.

Ünvan: Bakı şəhəri, H.Cavid pr. 117 (AMEA-nın Əsas binası,VII mərtəbə, akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutu, 715-ci otaq)

Tel.: (+994 55) 392 96 41

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.


 

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023