AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Şərqşünas alimlər İzmirdə keçirilən beynəlxalq konransda məruzə ediblər
Feb 26, 2024 | 14:10 Mühüm hadisələr

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun İran filologiyası şöbəsinin aparıcı elmi işçiləri - filologiya üzrə fəlsəfə doktoru Aybəniz Həsənova və filologiya üzrə fəlsəfə doktoru dosent Rəna Rzayeva İqtisadi İnkişaf və Sosial Araşdırmalar İnstitutunun fevralın 23-25-də Türkiyənin İzmir şəhərində keçirdiyi Beynəlxalq Ege konfransında onlayn iştirak ediblər.

Aybəniz Həsənova konfransda “Şərqi Azərbaycanın hidrotoponimləri” mövzusunda məruzə edib. Cənubi Azərbaycanda Şərqi Azərbaycan ostanı ərazisindəki zəngin hidronimlərdən danışan alim ərazinin maraqlı hissəsini təşkil edən hidronimlərin əksəriyyətinin türk mənşəli olmasını vurğulayıb. A.Həsnova bildirib ki, hidronimlər toponimlərdən fərqli olaraq  dəyişmir, yaxyd az dəyişir və başqa sözlərlə əvəz olunmur, uzun bir tarixi dövr ərzində sabit qalır.

Rəna Rzayeva ““Munisnamə” tərcümə nümunəsi kimi” adlı məruzəsində XII əsr Azərbaycan Atabəylər dövlətində yaşayıb yaratmış, böyük Azərbaycan ədibi, Nizaminin müasiri və dostu Əbubəkr ibn Xosrov əl-Ustadın dövrümüzə gəlib çatmış  “Munisnamə” əsərinin bir çox özəllikləri ilə diqqəti çəkdiyini bildirib. Məruzəçi bu özəlliklərdən birinin əsərin II fəslinin fars dilinə ilk ədəbi tərcümələrindən biri kimi qəbul olunması olduğunu qeyd edib. Belə ki bu fəsil Əli ibn əbu Talibin məşhur “Nəchül bəlağə” əsərinin “Möminlərin əmiri Əli ibn əbu Talibin oğlu imam Hüseynə vəsiyyəti” fəslinin əl-Ustad tərəfindən fars dilinə edilmiş poetik tərcüməsidir. İlk tərcümələrdən biri kimi qəbul olunan bu nümunə, şübhəsiz ki, gələcək tədqiqatlarda diqqət çəkəcəkdir.

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023