AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Şərqşünaslıq İnstitutu akademik Ziya Bünyadovun 100 illiyinə həsr olunmuş beynəlxalq elmi konfrans keçirəcək
Dec 18, 2023 | 22:30 Elanlar

Dekabrın 20-21-də AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun təşkilatçılığı ilə akademik Ziya Bünyadovun 100 illiyinə həsr olunmuş “Qədim və müasir Şərq: mənbələr, tədqiqatlar, perspektivlər” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək.

Konfransın açılışı dekabrın 20-21-də AMEA-nın əsas binasında (H.Cavid prospekti, 117) Dairəvi akt zalında baş tutacaq. Bölmə iclasları dekabrın 20-i və 21-i Şərqşünaslıq İnstitutunda keçiriləcək.

Qeyd edək ki, konfransa 218 iştirakçı, o cümlədən, Rusiya, İraq, Misir, Qazaxıstan, Özbəkistan, Ukrayna və Belarusdan 26 alim qatılacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023