AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Qafqazşünaslıq İnstitutunda dəyirmi masa keçirilib
Mar 14, 2024 | 15:04 Konfranslar, iclaslar

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin “Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında”  25 yanvar  2024-cü il tarixli Sərəncamına əsasən AMEA-nın Qafqazşünaslıq İnstitutunda martın 14-də dəyirmi masa keçirilib.

Dəyirmi masanı giriş sözü ilə institutun direktoru AMEA-nın müxbir üzvü Musa Qasımlı açıb. İnstitutun Şimali Qafqaz şöbəsinin müdiri fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Vahid Ömərov “Məhəmməd Füzulinin yaradıcılığında sülh və birgəyaşayış məsələləri” mövzusunda məruzə edib. Məruzəçiyə suallar verilib və müzakirələr aparılıb.

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023