AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
“Yeni milli ideya” mövzusunda dəyirmi masa keçirilib
Mar 15, 2024 | 15:42 Konfranslar, iclaslar

AMEA-nın Qafqazşünaslıq İnstitutunda “Yeni milli ideya” mövzusunda dəyirmi masa keçirilib.

Dəyirmi masanı giriş sözü ilə institutun direktoru AMEA-nın müxbir üzvü Musa Qasımlı açıb. O, yeni şəraitdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin nitqi ilə əlaqədar olaraq bir sıra məsələlərin üzərində dayanıb.

İnstitutun elmi işlər üzrə direktor müavini s.e.d., dosent Ramilə Dadaşova, şöbə müdirləri t.e.d., professor Qasım Hacıyev, f.ü.f.d., dosent Vahid Ömərov, t.ü.f.d., dosent Elnur Kəlbizadə, t.ü.f.d. Günel Musayeva, s.e.ü.f.d. Samirə Həbibbəyli çıxış ediblər. Bildiriblər ki, güclü, böyük Azərbaycan milli arzu, istək, ideya kimi əhəmiyyətlidir.

 

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023