AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Şərqşünas alimin kitabı Türkiyədə təqdim edilib
Mar 18, 2024 | 11:45 Mühüm hadisələr

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun baş elmi işçisi filologiya elmləri doktoru, professor Elman Quliyev Türkiyənin Bandırma şəhərində Bandırma Onyedi Eylül Üniversitetinin rektoru professor İsmail Bozla görüşüb.

İsmayıl Boz şərqşünas alimin türk xalqları ədəbiyyatının tədqiqində xidmətlərini yüksək dəyərləndirərək, onun bu sahədəki kitablarının Türkiyə türkcəsinə tərcümə edilməsinin əhəmiyyətini qeyd edib. Professor Elman Quliyev öz kitablarını rektora təqdim edib.

Professor Elman Quliyev martın 15-də Türkiyənin Bandırma Onyedi Eylül Üniversitetində keçirilən beynəlxalq konfransda iştirak edib. Elman Quliyev çıxış edərək qardaş ölkədə keçirilən konfransın əhəmiyyətindən danışıb.

Konfransdan sonra Elman Quliyevin “Türk xalqları ədəbiyyatı” kitabının  imza mərasimi keçirilib. Mərasimdə Universitetin professorları, müəllim-tələbə heyəti iştirak edib. Görüşdə müəllif kitabları imzalayaraq təqdim edib, sualları cavablandırıb. İmza mərasimində iştirak edən elm və ədəbiyyat adamları bu kitabların Türkiyə Universitetlərində dərslik kimi tədris olunmasını arzu etdiklərini bildiriblər.

Martın 16-də professor Elman Quliyevlə Türk Ocaqları İstanbul şöbəsində də görüş keçirilib. Bu görüşdə də “Türk xalqları ədəbiyyatı” kitabı təqdim olunub. İstanbulda fəaliyyət göstərən elmi-mədəni qurumların, universitetlərin müəllim-professor heyətinin iştirak etdiyi tədbirdə kitabın bütün Türk dünyasına yayılmasının vacibliyi vurğulanıb. Daha sonra professor Elman Quliyev kitabları imzalayaraq tədbir iştirakçılarına təqdim edib.

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023