AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Şərqşünas İnstitutu ilə Moskva İslam İnstitutu arasında memorandum imzalanıb
Mar 18, 2024 | 11:42 Mühüm hadisələr

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu Rusiyanın Moskva İslam İnstitutu ilə əməkdaşlığın əsasını qoyub.

Bu məqsədlə tərəflər arasında qarşılıqlı anlaşma memorandumu imzalanıb. Memorandumu AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva və Moskva İslam İnstitutunun rektoru professor Damir Muhetdinov imzalayıblar.

Memorandumda tərəflər arasında tədqiqatçılar, aspirantlar və doktorantlar arasında qarşılıqlı dəstək, əməkdaşların elmi kvalifikasiyasının artırılmasında qarşılıqlı yardım, qabaqcıl elmi metodların tədbiqində bilik və təcrübə mübadiləsi, ikitərəfli birgə simpoziumların, seminarların və konfransların təşkili, qarşılıqlı maraqlar əsasında birgə layihələrin və proqramların həyata keçirilməsinə dəstək nəzərdə tutulub.

Memorandum 5 il müddətinə nəzərdə tutulub.

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023