AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Şərqşünaslıq İnstitutunun əməkdaşı Livanda keçirilən beynəlxalq konfransda məruzə edib
Mar 18, 2024 | 15:35 Mühüm hadisələr

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun İran filologiyası şöbəsinin elmi işçisi Fidan Nəsirova Livan İslam İnstututu, Livan İnnovasiyalar Assosiasiyası, İnkişaf Akademiyası və İKSAD İnstitutunun birgə təşkilatçılığı ilə martın 13-15-də Beyrutda keçirilən “Orta Şərq IX Beynəlxalq Modern Elmi Araşdırmalar Konfransı”nda “Əsrlərin dərinliyindən boy verən “Assuriya ağacı” adlı məruzə ilə iştirak edib.

Məruzədə çoxəsrlik tarixə malik uşaq ədəbiyyatının ilkin yazılı qaynaqlarından biri hesab olunan “Assuriya ağacı” əsərinin ideya-tematik xüsusiyyətləri, didaktik motivləri elmi təhlilə cəlb edilib, uşaqlar üçün informativ xarakterli məlumatlarla zəngin bədii nümunənin tarixi dəyər və sətiraltı mahiyyəti iştirakçıların diqqətinə çatdırılıb. Qədim folklor nümunəsinin mövcud dövrün  etnoqrafik, ictimai-iqtisadi mənzərəsinin təcəssümü baxımından da böyük əhəmiyyət kəsb etdiyi xüsusi vurğulanıb. Məruzə konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023