AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Qafqazşünaslıq İnstitutunda Elm gününə həsr olunmuş elmi seminar keçirilib
Mar 19, 2024 | 11:45 Konfranslar, iclaslar

AMEA-nın Qafqazşünaslıq İnstitutunda Elm gününə həsr olumuş elmi seminar keçirilib.

Giriş sözü ilə çıxış edən institutun direktoru AMEA-nın müxbir üzvü Musa Qasımlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yürütdüyü uğurlu siyasət nəticəsində Cənubi Qafqazda yaranmış yeni reallıqlardan danışıb.  

Azərbaycan Respublikasının Milli Məclisinin Beynəlxalq münasibətlər komitəsinin  üzvü, tanınmış siyasi icmalçı Sahib Alıyev “Azərbaycan və Ermənistan arasında sülh prosesinin əsas problemləri” mövzusunda məruzə  edib.

Sonda müzakirələr aparılıb. İnstitutun elmi-təşkilati fəaliyyətini əks etdirən sərgi ilə tanışlıq olub.

Elmi seminarda institutda istehsalat təcrübəsi keçən Azərbaycan universitetlərinin tələbələri də iştirak ediblər.

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023