AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Gənc alim Günel Məliklinin məqaləsi “Mehribanaliyeva.preslib.az” saytında işıqlandırılıb
Apr 08, 2024 | 13:28 Mühüm hadisələr

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri gənc alim, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Günel Məliklinin “Mehriban xanım Əliyeva Prezident İlham Əliyevin lider portretini uğurla tamamlayır” sərlövhəli məqaləsi “Mehribanaliyeva.preslib.az” saytında işıqlandırılıb.

Məqalədə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın adının milyonların qəlbində xeyirxahlıq ünvanına çevrilməsindən bəhs olunur.

G.Məlikli məqalədə qeyd edir ki, Ulu Öndər Heydər Əliyevin dövlətçilik təcrübəsi və mənəvi irsi tükənməz bir xəzinədir və bu xəzinəni yaşatmaq üçün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın prezidenti olduğu Heydər Əliyev Fondu mühüm işlər görməkdədir.

“Birinci vitse-prezident Mehriban xanım Əliyeva Müzəffər Ali Baş Komandanın ən sadiq silahdaşı kimi yorulmaz fəaliyyət göstərir, xalqımızın ədalətli mübarizəsi barədə həqiqətləri dünya ictimaiyyətinin diqqətinə çatdırır, onun vətənpərvər çağırış və müraciətləri hər birimizi milli maraqlarımız naminə düşmənlə mümkün platformalarda, o cümlədən informasiya məkanında mübarizəyə səfərbər edir”, - deyə Günel Məlikli vurğulayıb.

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023