AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
AMEA Azad Həmkarlar İttifaqının sədri ağacəkmə aksiyasında iştirak edib
Apr 22, 2024 | 12:20 Mühüm hadisələr

AMEA-nın Azad Həmkarlar İttifaqının sədri s.e.ü.f.d., dosent Sənan Həsənov Ekologiya və Təbii Sərvətlər Nazirliyi, YAP Yasamal Rayon Təşkilatı və Yasamal Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Bakının Müşfiqabad qəsəbəsində keçirilən ağacəkmə aksiyasında iştirak edib.

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən növbəti aksiya zamanı sözügedən qurumların rəsmilərinin və əməkdaşlarının iştirakı ilə 1 hektar ərazidə Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun Eldar şamı və zeytun ağacları əkilib.

Ekoloji davamlılıq, yaşıllıq zonalarının bərpası və genişləndirilməsini təşviq edən tədbirin məqsədi ictimaiyyətin diqqətini ətraf mühitin sağlamlaşdırılmasına, yaşıllıqların artırılmasına yönəltmək və iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verməkdir.

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023