AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
YAP AMEA Fəlsəfə və Sosiologiya İnstitutu üzrə ərazi partiya təşkilatına yeni sədr seçilib
Apr 22, 2024 | 20:00 Mühüm hadisələr

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun Davamlı inkişafın fəlsəfəsi və sosiologiyası şöbəsinin aparıcı elmi işçisi fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Şölət Zeynalov YAP AMEA Fəlsəfə və Sosiologiya İnstitutu üzrə ərazi partiya təşkilatının sədri seçilib.

Şölət Əlövsət oğlu Zeynalov 1967-ci ildə Cəlilabad rayonunun Zopun kəndində anadan olub. 1997-ci ildə Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirib. 2015-ci ildə AMEA Fəlsəfə və Hüquq İnstitutunda dissertasiya işini müdafiə edərək fəlsəfə üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.

3 monoqrafiyanın, ölkə daxilində və xaricdə çıxmış 60-dan çox elmi məqalələrin müəllifidir.

Ailəlidir, 3 övladı var.

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023